Şirkət Qeydiyyatı

Gənc, burada Azərbaycanda şirkət qeydiyyatı haqqında vacib informasiyalar haqqında öyrənəcəksən. Müəssisənin fərqli formaları və onların bir-birindən fərqlərini diqqətlə oxu və öyrən. Öz startupını qeydiyyatdan keçirməzdən əvvəl startupın fəaliyyəti üçün ən uyğun müəssisə formasını seçməkdə faydalı olacaq sənə. Bundan əlavə şirkət qeydiyyatının həyata keçirilməsini addım-addım öyrənəcəksən. Bu listdə ola biləcəyini düşündüyün informasiya varsa bizimlə əlaqə saxla və təklif et.


Azərbaycan Respublikasında müəssisə qurmaq istəyən hərkəs, “Müəssisələr haqqında AR qanunu”nda nəzərdə tutulmuş maddə və müddəalar ilə tanış olmalı, hüquq vəzifələrini bilməlidirlər.

Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu Ətraflı

Bu Qanun Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formalarını, onların yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini müəyyən edir, müəssisələrin təsərrüfat müstəqilliyinə və hüquq bərabərliyinə təminat verir.

Qanunu aşağıdakı pəncərədən oxuya bilərsiniz və ya buradan yükləyə bilərsiniz.


Azərbaycan Respublikası hüdudlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər “Sahibkarlıq fəliyyəti haqqında AR qanunu”nda nəzərdə tutulmuş müddəalarla tanış olmalıdırlar.

Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Ətraflı

Bu Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra – qurumlar) ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

Qanunu aşağıdakı pəncərədən oxuya bilərsiniz və ya buradan yükləyə bilərsiniz.


Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Ətraflı

Qanunu aşağıdakı pəncərədən oxuya bilərsiniz və ya buradan yükləyə bilərsiniz.

Daha ətraflı buradan oxuyun.


Şirkət qeydiyyatı

Azərbaycan Respublikasında hüquqi şəxslərin qeydiyyatı Ətraflı

a) Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması

  1. Zəruri olan sənədlərin siyahısı:
    1. Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
    2. Təsisçi-fiziki şəxslər barədə məlumat formaları;
    3. Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
    4. Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
    5. Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
    6. Müşahidə şurasının üzvləri barədə məlumat – ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilir);
    7. Hüquqi ünvanı təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxs olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
    8. Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
    9. Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir);
    10. Təsisçilərin və rəhbərin şəxsiyyət vəsiqəsinin surətləri.
  2. Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:
    1. İcra müddəti 3 iş günü;
    2. Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir:
    3. Hüquqi şəxsin nizamnaməsi.
    4. Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN).
    5. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
  3. Dövlət rüsumunun məbləği:
    1. Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması  – 11 manat.
    2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı – 3 manat.

b) Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması

  1. Zəruri olan sənədlərin siyahısı:
    1. Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
    2. Təsisçi-fiziki şəxslər barədə məlumat (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səxsiyyətini təsdiq edən sənədin (pasport) surətləri ərizəyə əlavə edilir.)
    3. Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
    4. Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
    5. Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
    6. Təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
    7. Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq sənəd (leqallaşdırılmalıdır);
    8. Müşahidə şurasının üzvləri barədə məlumat – ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (səxsiyyət vəsiqəsinin (pasport) surətləri ərizəyə əlavə edilməlidir);
    9. Hüquqi ünvanı təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxas olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
    10. Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
    11. Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
  2. Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:
    1. İcra müddəti 3 iş günü;
    2. Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir:
    3. Hüquqi şəxsin nizamnaməsi;
    4. Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN);
    5. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
  3. Dövlət rüsumunun məbləği:
    1. Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması  – 11 manat.
    2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı – 3 manat.

c) Xarici kommersiya hüquqi şəxslərinin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınması

  1. Zəruri olan sənədlərin siyahısı:
    1. Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
    2. Təsisçi-hüquqi şəxslər barədə məlumat;
    3. Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə;
    4. Nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin və ya qanuni təmsilçisinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
    5. Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (müvafiq qaydada leqallaşdırılmalıdır);
    6. Nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxs olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
    7. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
    8. Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
    9. Rəhbərə verilmiş etibarnamə notarial qaydada təsdiq edilir və müvafiq qaydada leqallaşdırılır.
  2. Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:
    1. İcra müddəti 3 iş gün;
    2. Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir;
    3. Xarici hüquqi şəxsin filial və nümayəndəliyinin əsasnaməsi;
    4. “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN);
    5. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
  3. Dövlət rüsumunun məbləği:
    1. Xarici hüquqi şəxslərin filialı və nümayəndəliklərinin qeydiyyatı – 220 manat

Daha ətraflı buradan oxuyun.