Startup "Top 30"

Azərbaycan Startup Ekosistemində ən uğurlu hesab edə biləcəyimiz və hazırda fəaliyyətlərinə davam edən startuplarla tanış olun. Bu listdə ola biləcəyini düşündüyünüz startuplar varsa bizimlə əlaqə saxlayaraq təklif edin.


logoon

Obanatur regionlardan Bakıya təbii qida məhsullarını çatdıran platformadır. Məhsullar regionlarda və ucqar kəndlərdə yaşayan kiçik fermerlər tərəfindən orqanik üsullarla yetişdirilən məhsullardır. Obanatur müştərilərə sağlam qida məhsullarını asanlıqla əldə etməyə imkan yaratmaqla yanaşı, regionlarda yaşayan kişik fermerlərə öz əməklərilə pul qazanmaq üçün də şərait yaradır. Sifarişlər həftədə 2 dəfə olmaqlar müştərilərin evinə çatdırılır. Daha ətraflı buradan oxuyun. 
Nədir?

Spinal qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olaraq düzgün oturuş pozisiyası seçməyi xəbərdarlıq edir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

14492356_2223790927760966_5332588592142131952_n

Aybilet” – ən ucuz aviabiletləri tapmaqda Sizə kömək edir. Platforma 728 avia şirkət, 5 bronlama sistemi və 40 agentlikdən sorğunuza uyğun qiymətləri toplayaraq, qiymətləri ən ucuzdan bahalıya doğru sıralayır. Beləliklə siz eyni bilet üçün həm artıq məbləğ ödəmirsiniz, həm də bütün saytları gəzərək vaxt itirmirsiniz. Daha ətraflı buradan oxuyun. 
Nədir?

profilfoto

Technote Media” – Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. “Technote” eyni zamanda Rəqəmsal Marketinq şirkəti olaraq korperativ şirkətlərin məhsullarının yerli bazarda tanıdılması və internet üzərində reklamını həyata keçirir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

logo-1

Vizam.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Səyahət ediləcək ölkənin səfirliyinin Azərbaycanda olub-olmamasından asılı olmayaraq dünyanın istənilən ölkəsinə səyahət vizalarına müraciət Vizam.az vasitəsilə edilə bilər. Daha ətraflı buradan oxuyun. 
Nədir?

Sumaks  gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə edilə bilən təhlükəsizlik və komfort cihazları ilə daha da asanlaşdırır. Sumaks ağıllı ev xidmətlərini göstərən ilk yerli layihədir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

12540538_549466505215252_3342592595976882978_n

Lendock şəxsdən şəxsə avtomobillərin çevik, sərfəli və rahat icarəsini təşkil edir. İstər gəlin maşınları və ya biznes klass avtomobilləri rahatlıqla tapa bilərsiniz. Üstəlik, öz avtomobillərinizi platformaya yükləyərək, pul qazanmağa imkan yaradır. Daha ətraflı buradan oxuyun. 
Nədir?

logo-2

iKeebon bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verdiyi üstünlüklər, qənaət etmə yolları və onların partnyorları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. Daha ətraflı buradan oxuyun. 
Nədir?

capture

Buket.al onlayn gül mağazası Azərbaycanda fəaliyyət göstərən bütün gül dükanlarını özündə birləşdirir. Layihəni qurulmasında məqsəd alıcıların bütün gül və hədiyyə sifarişlərini təhlükəsiz şəkildə hazırlayıb sevdiklərinə çatdırmaqdır. Buket.al-ın kataloqu 300+ dən çox məhsulla ölkənin ən geniş məhsul çeşidinə sahib platformadır. Onlayn mağaza Vergilər Nazirliyində qeydiyyatdan keçib, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında rəsmi fəaliyyət göstərir. Sifarişlər yalnız Bakı və ətrafı rayonlara çatdırabilir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

bc241

BethClip fərqli qurğular arasında asan məlumat ötürmə xidmətini təklif edən proqram təminatıdır. Daha ətraflı buradan oxuyun. 
Nədir?

Nuush.az Azərbaycanda onlayn yemək sifarişi xidmətini təklif edir. Platforma 8000 mindən çox yeməyi evinizə və ya ofisinizə çatdıran 80-ə yaxın restoranı özündə birləşdirir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

black_logo

Edu-Active post-Sovet ölkələrindən olan gənclər üçün kamplar, təqaüdlər, xaricdə təhsil imkanları, magistratura və doktorantura proqramları, təlimlər, konfranslar, qrantlar, könüllü proqramları, yarışlar, təcrübə proqarmları və vakansiyalar haqqında faydalı kontentə sahib onlayn platformadır. Daha ətraflı buradan oxuyun. 
Nədir?

loqo-300x79

Edumap təhsil sahəsindəki yeniliklər, layihər, təlimlər, seminarlar və xaricdəki təhsil imkanları barədə yenilikləri gənclərə çatdıran onlayn platformadır. Bununla yanaşı, mədəniyyət, gənclərin fərdi inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları geniş oxucu kütləsinə çatdırır. Platformada elektron kitabxanada fəaliyyət göstərir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

VeloKuryer sizin sənəd və ya bağlamalarınızın, operativ şəkildə, ən qısa zamanda əldən-ələ çatdırılmasını təmin edir. Çatdırılmanın ən sürətli, təhlükəsiz və konfidensial şəkildə Bakı şəhəri daxili istənilən nöqtəyə çatdırılması təmin edilir. VeloKuryer müxtəlif növ əşyaları, məktubları, e-ticarət sifarişlərini, pul əsginaslarını, gül buketlərini, toy dəvətnamələrini, dərman pereparatlarını, yemək, ətir, kosmetika və digər sifarişlərin çatdırılmasını həyata keçirir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

12219403_495244207323263_2772308569535067008_n

Keepface platformasında brendlər nüfuzlu sosial media istifadəçiləri və bloqerlər ilə birgə sosial media layihələri hazırlayır. Istifadəçilərə sevdikləri brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan verir. Ən əsası isə bu əməkdaşlıq istifadəçilərə pul da qazandırır. Daha ətraflı buradan oxuyun. 
Nədir?

15698248_560241530842350_2383602894841581911_n

Gamebuy kompyuter oyunları və oyunlarla bağlı digər servislərin satışını həyata keçirən platformadır. İstifadəçilər hesablarını Million və Portmanat vasitəsilə əvvəlcədən artıraraq platformada aliş-veriş edə bilirlər. Gamebuy 2015-ci il iyun ayından etibarən fəaliyyət göstərir və hazırda 7000-dən çox istifadəçisi var. Daha ətraflı buradan oxuyun. 
Nədir?

14446049_629609657219972_4796516711625984894_n

Shrippy alış-veriş təcrübəsini daha da maraqlı edən və alış verişdə qərar verməyi daha da asanlaşdıran mobil platformadır. Platformada  aldığınız məhsulun markasını, qiymətini və yerləşdiyi məkanı qeyd edib, həştəqlərlə sosial platformalarda payalaşa bilirsiniz. Daha ətraflı buradan oxuyun. 
Nədir?

RobiGuide tarixi abidələr, binalar, restoranlar, əyləncə mərkəzkəri, ofislər və s. barədə ətraflı məlumatı istifadəçiyə təqdim edən mobil tətbiqdir. Daha ətraflı buradan oxuyun. 
Nədir?.


12342303_1646805962269355_869491915519568605_n

Oneclick.az müxtəlif fəaliyyət sahələrini əhatə edən şirkət və qurumların ən geniş kataloqunu ziyarətçilərin nəzərinə təqdim edən biznes – informasiya portalıdır. Burada Siz Azərbaycanda fəaliyyət göstərən şirkətlər, onların məhsul və xidmətləri haqqında mühüm məlumatları əldə edə bilərsiniz. Daha ətraflı buradan oxuyun. 
Nədir?.


12552717_1647266652165007_4553194690128438815_n

Kvotter kitab oxuyucularına oxuduqları kitablardan bəyəndikləri sitatları skan edib twitter kimi paylaşmağa imkan verən mobil tətbiqdir. YeniFikir 2016 və SeedstarsBaku startup yarışlarının qalibidir. Daha ətraflı buradan oxuyun. 
Nədir?

logo12

Medx.az-ın əsas məqsədi pasientlərə nisbətən qısa zaman ərzində doğru həkimi tapmaqda kömək etmək və müalicə ilə bağlı xərcləri azaltmaqdır. Medx.az ilə sizin ərazidə fəaliyyət göstərən və bu platformada qeydiyyatdan keçmiş həkimlər haqqında məlumat ala bilərsiniz və online olaraq hər hansı bir sualınızla onlara müraciət edə bilərsiniz. Bu xidmət tamamilə ödənişsizdir.. Daha ətraflı buradan oxuyun. 
Nədir?