Vergi

Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə) Ətraflı

Qanunu aşağıdakı pəncərədən oxuya bilərsiniz və ya buradan yükləyə bilərsiniz.

Daha ətraflı buradan oxuyun.


Hüquqi şəxslərə tətbiq olunan vergilər Ətraflı

Hüquqi şəxlərə tətbiq olunan vergilər:
  1. Əgər il ərzində vergi tutulan əməliyyatların həcmi 150000AZN və ya daha azdırsa, ozaman hüquqi şəxs sadələşmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
  2. Sadələşmiş vergi ödəyicisi rüb ərzində tətbiq edilən məhsullara, xidmətlərə və əmlaka görə əldə edilmiş gəlirdən, eləcə də satışdankənar gəlirlərdən Bakı şəhəri üçün 4%, digər regionlar üçün isə 2% həcmində dövlət büccəsinə ödəyirlər.
  3. Hüquqi şəxs sadələşdirilmiş vergi ödəyicisi olduqda, ƏDV, mənfəət vergisi və əmlak vergisinin ödənilməsindən azaddırlar.
  4. Hüquqi şəxs sadələşdirilmiş verginin tətbiqindən imtina edərək mənfəət vergisinin ödəyicisi olduqda, hesabat ili ərzində əldə olunan vergi tutulan gəlirlə bu gəlirin əldə olunması üçün çəkilən və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə vergi hesablayır və dövlət büdcəsinə ödəyir. Eyni zamanda, mənfəət vergisinin ödəyicisi olan hüquqi şəxs dövlət büdcəsinə balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcə ilə əmlak vergisini də hesablamalı və ödəməlidir.
  5. Yuxarıda qeyd olunan məbləğ (12aylıq dövr) 150000 AZN’dən çox olduqda hüquqi şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
  6. Vergi ödəyicisi, o cümlədən də hüquqi şəxs ƏDV qeydiyyatına alındıqda, həmin şəxs vergiyə cəlb olunan malların (işlərin, xidmətlərin) təqdim olunmasına 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləğini nəzərə almaqla büdcəyə ödəməlidirlər.
  7. Vergi ödəyicisi(ƏDV ödəyici) eyni zamanda mənfəət vergisinin və əmlak vergisinin də ödəyicisidir.
  8. Bundan başqa, hüquqi şəxsin hansı vergitutma sisteminin tətbiq edilməsindən asılı olmayaraq vergitutma obyekti yarandıqda həmin şəxsin aşağıda qeyd olunan vergi öhdəlikləri yarana bilər:
    1. mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olduqda torpaq vergisi üzrə;
    2. mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olduqda yol vergisi üzrə;
    3. fəaliyyəti zamanı yerin təkindən faydalı qazıntılar çıxarıldıqda mədən vergisi üzrə;
    4. fəaliyyəti aksizli malların istehsalı və idxalı olduqda, aksiz vergisi üzrə (bu halda hüquqi şəxs mütləq qaydada ƏDV ödəyicisi olmalıdır);
    5. muzdlu işlə əlaqədar işçilərə ödəmələr edildikdə, ödəmələr edilərkən ödəmə mənbəyində verginin tutulması üzrə (Vergi Məcəlləsinin 101.1-ci maddəsindəki dərəcələrlə);
    6. ödəmə mənbəyində vergitutma obyekti yarandığı hər hansı digər halda (əmlakın icarəyə götürülməsi, royalti, qeyri-rezidentə ödəmələrin edilməsi, dividendlərin verilməsi, faizlərin ödənilməsi) ödəmə mənbəyində verginin tutulması üzrə (müxtəlif dərəcələrlə).

Daha ətraflı məlumatı,

  1. Vergilər Nazirliyinin rəsmi saytından (sayta keçid buradan), və ya
  2. Sizə ən yaxın olan Vergilər Nazirliyi xidmət mərkəzlərinə yaxınlaşaraq (Vergi ödəyicilərinə xidmət mərkəzlərinin siyahısı və onlar haqqında ətraflı məlumat burada), və ya
  3. Vergilər Nazirliyinin çağrı mərkəzinə (195) zəng edərək əldə edə bilərsiniz.

Yuxarıda adı keçmiş olan vergi növləri barədə daha ətraflı məlumatı isə, Vergilər Nazirliyinin rəsmi saytından (buradan),  “VERGİLƏRƏ AİD NƏŞRLƏR” bölməsindən əldə edə bilərsiz.